Bayden: "Avropa liderləri məndən ABŞ siyasətinə qayıtmağımı istəyirlər"- ÖZƏL
11:48 DünyaAmerika Birləşmiş Ştatlarının sabiq prezidenti Co Bayden Avropa İttifaqı liderləri və rəsmilərinin ondan ABŞ-nin siyasi səhnəsinə qayıtmağı xahiş etdiklərini bildirib.
Olaylar.az xəbər verir ki, o, bu barədə Kaliforniya ştatının San-Dieqo şəhərində təşkil olunan Society for Human Resource Management adlı qeyri-kommersiya təşkilatının qurultayında çıxışı zamanı deyib.
"Zənglər alıram, amma siyasətə geri qayıtmaq fikrim yoxdur. Bir sıra Avropa liderləri qayıtmağımı istəyirlər, lakin mən bunu etməyəcəyəm", - deyə Bayden bildirib.
Həmin çıxışın videosunu Tennessi ştatının Lourens dairəsi üzrə seçki komissiyasının üzvü, demokrat Kris Cekson "X" sosial şəbəkəsində paylaşıb.
Bayden, həmçinin, ABŞ daxilində bir çox demokrat və respublikaçı ilə əlaqələrini davam etdirdiyini, onlardan dəvət və məsləhət istəkləri aldığını qeyd edib. O, hazırda öz xatirələrini yazmaq üzərində çalışdığını da vurğulayıb: "Əməlli-başlı çalışıram ki, bu il mart ayında çap olunacaq memuarlarımı vaxtında bitirim".