Türkiyədəki yanğınlarda 2 nəfər öldü

Türkiyənin İzmir şəhərində baş vermiş meşə yanğınlarında iki nəfər həyatını itirib.

Olaylar.az Türkiyə mediasına istinadən xəbər verir ki, 81 yaşlı yataq xəstəsi İbrahim Erkan və meşə işçisi İbrahim Demir vəfat edib.

Qeyd edək ki, artıq İzmirin Çeşme və Ödemiş rayonlarında meşə yanğınlarına müdaxilə üçüncü gündür davam edir.

Ödemişdə Tosunlar və Suçıktı məhəllələri ehtiyat tədbiri olaraq boşaldılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31