Orban: "Ukraynanın Aİ-yə üzvlüyünü əksər Avropa ölkələrinin vətəndaşları dəstəkləmir"- ÖZƏL
10:51 DünyaMacarıstanın Baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin əksəriyyətinin vətəndaşları Ukraynanın birliyə qəbulunu dəstəkləmir. Olaylar.az xəbər verir ki, o, bu fikrini Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı ifadə edib.
"Əksər Aİ ölkələri Ukraynanın birliyə daxil olmasına chr("39")yoxchr("39") deyərdi. Əgər biz Ukraynanı qəbul etsək, müharibəni də qəbul etmiş olarıq. Bu üzvlük bizim iqtisadiyyatımızı məhv edər", - deyə Orban vurğulayıb.
Baş nazir əlavə edib ki, Macarıstanda keçirilən ümummilli referendumda (2 milyondan çox seçicinin iştirakı ilə) respondentlərin 95 faizi Ukraynanın Aİ-yə daxil olmasına qarşı çıxıb. "Macarlar Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmir", - deyə o qeyd edib və bu nəticələrin gələcəkdə Brüssellə aparılacaq danışıqlarda əsas götürüləcəyini bildirib.
Orbanın sözlərinə görə, Avropa İttifaqının genişlənməsi məsələsi yalnız konsensus əsasında həll oluna bilər və buna görə də Budapeştin etirazlarını nəzərə almamaq mümkün deyil. "Ukrayna Aİ-yə üzv olmayacaq. Macarıstan bunu dayandırdı və onlar bizi keçə bilməyəcəklər", - deyə o xəbərdarlıq edib.