“Vaxt çatdı!” – Trampdan İranla bağlı vacib anons
10:47 DünyaABŞ Prezidenti Donald Tramp zərurət yaranarsa, İranla danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə o, jurnalistlərin suallarını cavablandırıb.
"Düşünürəm ki, İran mənimlə danışmaq istəyir və vaxt yetişib. Lazım gələrsə, görüşəcəm. Amma xüsusi nümayəndəmiz Stiv Uitkoff hazırda Tehranla danışıqlarda ciddi şəkildə iştirak edir. O, fantastik iş görür", - Tramp deyib.
Ağ Ev rəhbəri bildirib ki, Vaşinqton Tehrana zərər vurmaq niyyətində deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31