HƏMAS-dan İsraillə atəşkəs təklifinə CAVAB

Fələstin radikal hərəkatı HƏMAS vasitəçilərə İsraillə atəşkəs təklifinə müsbət cavab verib.

Olaylar.az bildirir ki, bu barədə İsrailin "Ynet" xəbər portalı məlumat yayıb.

Portalın məlumatına görə, hərəkatın qərarı barədə növbəti saatlarda elan ediləcək.

Daha əvvəl HƏMAS öz telegram kanalında bildirmişdi ki, hərəkat İsraillə Qəzza zolağında atəşkəs barədə vasitəçilər vasitəsilə aparılan dolayı danışıqlarda aldığı təklifləri nəzərdən keçirir.

HƏMAS müzakirə olunan təşəbbüslərin nədən ibarət olduğunu açıqlamayıb.

Bununla yanaşı, yaraqlılar israr edirlər ki, potensial razılaşma "Qəzzada atəşkəsin təminatını, İsrailqoşunlarının oradan çıxarılmasını və anklavа humanitar yardımın gətirilməsini" özündə ehtiva etməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31