Kiyevə hərbi yardım niyə dayandırıldı? – İlginc səbəb

"ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini bəyənmədiyi üçün Kiyevə hərbi dəstəyi dayandırıb".

Olaylar.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı məlumat yayıb.

"Tramp yanvarda prezidentliyə qayıtdıqdan sonra silah satışı ilə bağlı heç bir yeni öhdəlik götürməyib. Hazırda Kiyev ağır vəziyyətlə üz-üzədir. Onlar nə qədər az silah alsa, bir o qədər çox insan və ərazi itirəcək", - deyə bildirilib.

Xatırladaq ki, ABŞ iyulun 2-də Ukraynaya mühüm Patriot ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb. (globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31