Dünyanın gözü Trampda: Zelenskiyə qərarını deyəcək
10:36 Dünya"ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığına hazırlıq gedir".
Olaylar.az xəbər verir ki, bu barədə "Politiko" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıq ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırılması fonunda baş tutacaq:
"Ağ Ev bu gün Kiyevə öz qərarı ilə bağlı məlumat verəcək. Yaxın vaxtlarda iki ölkə liderləri arasında söhbət təşkil olunacaq".
Nəşr vurğulayıb ki, Ukrayna ABŞ-ın bəzi döyüş sursatlarının tədarükünü məhdudlaşdırmaq planları barədə əvvəlcədən məlumatlandırılmayıb.
Qeyd edək ki, ABŞ iyulun 2-də Ukraynaya mühüm Patriot ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31