Vyanada Rusiya-Ukrayna memorandumlarının fərqləri gündəmə gətirildi- ÖZƏL

Rusiya və Ukraynanın hazırkı memorandumları tamamilə ziddiyyətli məzmun daşıyır və danışıqların əsas məqsədi tərəflərin mövqelərini yaxınlaşdırmaq yollarını tapmaq olmalıdır.

Olaylar xəbər verir ki,bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə aparılan danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bəyan edib.

Diplomat qeyd edib ki, 27 iyun tarixində Rusiya Federasiyası Prezidenti Vladimir Putin mətbuat qarşısında çıxışı zamanı Moskvanın Kiyevlə üçüncü danışıqlar raunduna prinsipal olaraq hazır olduğunu bildirib.

"Biz hesab edirik ki, bu danışıqların gündəliyinə Rusiya və Ukraynanın münaqişənin həlli ilə bağlı memorandum layihələrinin müzakirəsi də daxil olmalıdır.

Hazırda bu sənədlər bir-birinə tam ziddiyyət təşkil edir və danışıqların vəzifəsi məhz bu mövqelərin yaxınlaşdırılması yollarını axtarmaq olmalıdır," - deyə Yuliya Jdanova ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu çərçivəsində keçirilən plenar iclasda bildirib.

Jdanovanın çıxış mətninə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yer verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31