Rusiya: Suriyadakı hərbi bazalar qarşılıqlı maraqlar əsasında fəaliyyət göstərməlidir – ÖZƏL

Rusiya ilə Suriya arasındakı münasibətlər, o cümlədən bu Yaxın Şərq ölkəsində yerləşən Rusiya hərbi bazalarının fəaliyyəti qarşılıqlı hörmət və maraqlar əsasında qurulmalıdır. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 44-cü konfransında səsləndirib.

Diplomatın sözlərinə görə, Rusiya bazaları region üçün sabitlik faktorudur:
"Biz bu bazalardan o cümlədən humanitar yardım üçün istifadə etməyə hazırıq. Bu, ikitərəfli münasibətlərin məsələsidir və burada qarşılıqlı maraqlar və hörmət nəzərə alınmalıdır," - Verşinin bildirib.

O əlavə edib ki, Rusiya FAO və Ümumdünya Ərzaq Proqramı (WFP) vasitəsilə Suriyaya yardım edib və bu layihələr davam edir:
"Biz konkret bir şəxsə deyil, Suriya xalqına yardım etdik. Suriyaya beynəlxalq təşkilatlar vasitəsilə göstərilən yardımların dayandırılması üçün heç bir əsas görmürük," - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31