İsrail ordusu İrana məxsus terrorçuları ələ keçirdi

İsrail Müdafiə Ordusu (ÇAXAL) Suriyanın Üm əl-Luks və Ayn əl-Bəsl bölgələrində İran tərəfindən idarə olunan silahlı qruplaşmanın üzvlərini ələ keçirib.

Olaylar.az xəbər verir ki, bu barədə "Ynet" məlumat yayıb.

Bildirilib ki, əməliyyat 210-cu diviziyanın tərkibində olan "Ha-Kolan" briqadası və 504-cü kəşfiyyat bölməsinin istintaqçıları tərəfindən gecə saatlarında baş tutub.

"İran tərəfindən idarə olunan və terrorçu hesab edilən bir qrupun üzvləri uğurla saxlanılıb. Əməliyyat zamanı əl qumbaraları və bir neçə odlu silah da ələ keçirilib", - məlumatda bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31