Maskın Trampla bağlı paylaşımı müzakirə yaratdı

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs elanına reaksiya verib.

Olaylar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

"Tramp dünyada bir neçə ciddi münaqişəni uğurla həll etdiyinə görə təqdir edilməlidir", - deyə Mask bildirib.

Onun fikirləri sosial mediada birmənalı qarşılanmayıb. Bir müddətdir Tramp-Mask arasında davam edən gərginlik fonunda sözügedən paylaşım ciddi qəbul edilməyib. Hətta bəzi istifadəçilər bunu gülüşlə qarşılayıb.

Qeyd edək ki, iyulun 1-də D.Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31