ABŞ bir sıra silahların Ukraynaya tədarükünü dayandırıb

ABŞ Müdafiə Nazirliyi Ukraynaya müəyyən növ silahların tədarükünü müvəqqəti dayandırmaq barədə qərar qəbul edib. 

Olaylar.az xəbər verir ki, məlumatı Politico nəşri yayıb. 

Bildirilir ki, söhbər hava hücumundan müdafiə raketləri və yüksək dəqiqlikli döyüş sursatlarından gedir.

Nəşrin məlumatına görə, tədarükün dayandırılması qərarının təşəbbüskarı müdafiə nazirinin siyasət üzrə müavini Elbridge Kolbi olub. Politico mənbələri qeyd edib ki, əvvəlki Bayden administrasiyası zamanı razılaşdırılmış bəzi yardımların dayandırılması barədə qərar iyunun əvvəlində verilib, lakin bu, yalnız indi qüvvəyə minib.

NBC News telekanalının məlumatına əsasən qərar "Patriot" zenit-raket kompleksləri və "Stinger" insan daşına bilən hava hücumundan müdafiə raket sistemləri üçün raketlərə aiddir. Telekanal qeyd edir ki, minlərlə haubitsa sursatının, 100-dən çox Hellfire idarə olunan raketinin və 250-dən çox GMLRS raketinin təchizatı da dondurulub.

Qeyd olunur ki, müdafiə naziri Pit Heqset ABŞ-ın anbarlarında auditin aparılmasına göstəriş verib. Müəyyən olunub ki, onlardakı ehtiyatlar yol verilən normadan aşağıdır. Buna görə də anbarlar tam doldurulana qədər Ukraynaya çatdırılma dayandırılıb.

İyunun 10-da Heqset ölkəsinin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsünə ayrılan xərcləri azaltdığını açıqladı. Bu proqram Vaşinqtonun Kiyevi silahla təchiz etdiyi kanallardan biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31