Müharibəyə yox deyənə Rusiyada polis işgəncəsi
2 İyul 10:12 DünyaRusiyanın Voronej vilayətində üç polis əməkdaşı bir nəfəri işgəncəyə məruz qoymaqda şübhəli bilinir.
Olaylar.az xəbər verir ki, yerli ASTRA mediasının məlumatına görə, 2024-cü ilin noyabrında Rossoşi şəhərinin sakini Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edilib.
Polislər kişinin müqaviləni imzalaması üçün onu döyüb və elektroşok cihazı ilə işgəncə verib. Zərərçəkən müqaviləni imzalamaqdan imtina edib. Ona müxtəlif dərəcəli yanıq və bədən xəsarətləri diaqnozu qoyulub.
Cinayət işi yalnız bir ay sonra, dekabr ayında - "müəyyən olunmamış şəxslərə" qarşı açılıb. 2025-ci il iyunun 26-da isə üç polis əməkdaşı artıq şübhəli şəxs qismində dindirilib, lakin hələlik onlara qarşı rəsmi ittiham irəli sürülməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31