BMT Putin-Makron danışıqlarını alqışlayır- ÖZƏL

BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib ki, təşkilat Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən danışıqları alqışlayır.

Olaylar xəbər verir ki,bu barədə brifinqdə bildirilib.

"Danışıqların nəticələrini görməmişəm, lakin açıq şəkildə deyə bilərəm ki, biz iki ölkə arasında, xüsusilə də ən yüksək səviyyədə aparılan istənilən dialoqu alqışlayırıq", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31