Moldova Qaqauziya rəhbərini 9 il həbs etmək istəyir – Moskva: “Avropa anti-dəyərləri iş başında”

Moldova prokurorluğu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu Rusiyadan qeyri-qanuni maliyyələşmə işi üzrə 9 il azadlıqdan məhrum etmək tələb edib.

İstintaq iddia edir ki, Qutsul Rusiya tərəfindən maliyyələşdirilmiş və bu pullardan daxili siyasi proseslərdə istifadə edib. Prokurorlar buna görə onun uzun müddətli həbsini istəyir.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bu haqda özünün Telegram kanalında sərt reaksiya verib. O bildirib ki:

"Avropa anti-dəyərləri fəaliyyətdədir. Brüssel zəhmətkeş ölkədən liberal diktatura düzəldir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31