Rusiyaya qarşı beynəlxalq tribunal qurulur - Zelenski sənədləri imzaladı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüz cinayətinə dair xüsusi tribunalın yaradılması məqsədilə Avropa Şurası ilə imzalanmış sazişin ratifikasiyası üçün sənədləri imzaladığını bəyan edib.

Olaylar.az xəbər verir ki, bu barədə "Qordon media" məlumat yayıb.

Zelenskinin sözlərinə görə, bu sazişin tezliklə ratifikasiya olunması tribunalın faktiki yaradılması prosesinə start verilməsi üçün zəruridir:

"Bu saziş dövlətimizlə Avropa Şurası arasında qısa müddət əvvəl imzalanıb və indi onun operativ şəkildə ratifikasiyası təmin olunmalıdır. Eyni zamanda, Ali Radaya təqdim edilməli olan zəruri qanunvericilik dəyişikliklərinin sürətlə hazırlanması və təqdim olunması barədə də tapşırıq verdim".

Zelenski həmçinin Xarici İşlər Nazirliyi və Prezident Aparatından tribunalın yaradılması sazişinin tərəfdaş ölkələrlə birgə həyata keçirilməsi üçün konkret fəaliyyət cədvəli təqdim etmələrini gözlədiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31