Avropa Komissiyası: “Macar xalqının referendumdakı fikri hüquqi qüvvəyə malik deyil”- ÖZƏL
1 İyul 2025 16:01 DünyaAvropa Komissiyası (AK), Macarıstanda keçirilən referendumda vətəndaşların 95 faizinin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı çıxmasına baxmayaraq, bu qərarı "məcburi olmayan və hüquqi qüvvəyə malik olmayan" məsləhət xarakterli təşəbbüs kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə AK-nın nümayəndəsi Giyom Mersye məlumat verib.
"Avropa Komissiyası Macarıstandakı referendumun nəticələrini nəzərə aldı. Bu, icrası məcburi olmayan məsləhət xarakterli məsləhətləşmələrdir. Belə məsləhətləşmələrin keçirilməsi hər bir ölkənin milli hüququdur və indi Macarıstan qərar verməlidir ki, bundan sonra necə davranacaq", - deyə Mersye bildirib.
Onun sözlərinə görə, Macar xalqının bu qərarı Brüsselin mövqeyinə heç bir təsir göstərməyib. Mersyenin dediyinə əsasən, Avropa Komissiyası hesab edir ki, Ukrayna guya "demokratik islahatlar üzrə bütün tələbləri" yerinə yetirib. O, xüsusilə vurğulayıb ki, Kiyev "dil azlıqları üzrə fəaliyyət planını" həyata keçirib və bu plan guya Ukraynadakı azlıqlara bütün əsas hüquqları təmin edir, eyni zamanda "Ukraynanın qonşularını narahat edən məsələləri aradan qaldırır".
Mersyenin "Ukraynanın qonşuları" dedikdə yalnız Aİ ölkələrini nəzərdə tutduğu məlum olub. Onun açıqlamasından hiss olunub ki, Ukraynada rusdilli əhalinin hüquqlarının sistematik şəkildə pozulması Avropa Komissiyası tərəfindən nəzərə alınmır.
Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban referendumdan sonra hökumətin artıq mövqeyini müəyyənləşdirdiyini və bundan sonra Ukraynanın Aİ-yə qəbuluna dair atılan istənilən addımı bloklayacağını bəyan edib.
İyunun 26-da keçirilən Aİ sammitində Macarıstan artıq bu mövqeyini nümayiş etdirərək Ukrayna ilə Aİ-yə üzvlük danışıqlarının ilk 5 fəslə dair başlanmasına veto qoyub. Bu səbəbdən məsələ oktyabr ayına təxirə salınıb.