Rusiya: Qərb bizi Azərbaycan-Ermənistan sülh prosesindən kənarlaşdırmaq istəyir – ÖZƏL

Qərb ölkələri Rusiyanı Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesindən uzaqlaşdırmağa çalışır. 

Olaylar.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV departamentinin direktor müavini Dmitri Masyuk "Maşuk" Bilgi Mərkəzində keçirilən "Qafqaz Dialoqu" proqramının açılışında səsləndirib.

"Qərb birtərəfli və səthi vasitəçilik edərək tərəfləri tələsik sülh sazişi imzalamağa məcbur edir. Bu yanaşma prosesə fayda vermir," - deyə Masyuk bildirib.

O, Rusiya tərəfinin 2020 və 2022-ci illərdə əldə edilmiş yüksək səviyyəli razılaşmalar əsasında Ermənistan və Azərbaycanın hərtərəfli normallaşma səylərini dəstəklədiyini vurğulayıb: "Məhz bu formatda iki ölkə arasında barışığa aparan optimal yol xəritəsi formalaşıb."

Masyuk əlavə edib ki, Moskva sülh müqaviləsinin imzalanması üçün öz meydanını təklif edib və bu sənədin imzalanmasını regionda sabitlik və rifah yolunda mühüm addım hesab edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31