Ermənistanın hakim partiyası: Müxalifət çevriliş etsəydi, terror aktları törədəcəkdi

"Radikal müxalifətin çevriliş cəhdi uğurlu olsaydı, bu, 27 oktyabrdan (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi - red.) bir neçə dəfə daha dəhşətli terror aktının törədilməsi demək olardı".

Olaylar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının rəhbəri Hayk Koncoryan deyib.

"27 oktyabr hadisələri zamanı bu zalda Ermənistan rəhbərliyi oturmuşdu. Bu terror aktının hədəfi bu zaldan kənarda Ermənistanın istənilən vətəndaşı ola, istənilən vətəndaş Baqrat Qalstanyanın təşkil etdiyi və müxalifət tərəfindən təşviq edilən terror aktının hədəfinə çevrilə bilərdi", - o qeyd edib.

Koncoryan vətəndaşlara müraciət edərək, dövlət çevrilişi ittihamı ilə açılmış cinayət işi üzrə hansı addımların hazırlandığını açıqlayıb:

"Avtobusları yandıracaqdılar ki, orada siz, yaxınlarınız ola bilərdi. Zəncirvari avtomobil qəzaları törədəcəkdilər ki, orada siz və yaxınlarınız ola bilərdi, ölkədə geniş xaos yaradacaqdılar, insanları divarların önünə düzüb gülləbaran edəcəkdilər".

Hakim fraksiyanın rəhbəri müxalifətçi deputatlardan onların da bunu istəyib-istəmədiklərini soruşub:

"Siz - hamınız o terrorçuların qrimçisisiniz. Siz Baqrat Qalstanyanın xor dəstəsində olmusunuz. Siz terrora haqq qazandırırsınız, fraksiyalarınız terrora rəsmən haqq qazandırır və onu müdafiə edirsiniz. Avtobuslarda erməni vətəndaşlarının yandırılması kimi alçaq terror aktını müdafiə edirsiniz, amma xoşbəxtlikdən bunun üstü açılıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31