12 günlük savaş: İran itkilərini yenilədi - Rəsmi

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.

Olaylar.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri deyib.

O bildirib ki, Ədliyyə Tibb Təşkilatının son statistik məlumatına əsasən, 12 günlük müharibə zamanı 935 qurbanın şəxsiyyəti müəyyən edilib, onlardan 38-i uşaq və 102-si qadındır.

Təkcə Evin Həbsxanasına hücum nəticəsində əksəriyyəti məhbusların ailə üzvləri, yardım işçiləri və Evin Həbsxanasının əməkdaşları olmaqla 79 nəfər həlak olub.

Qeyd edək ki, İran 24 iyunda - atəşkəs əldə edildikdən sonra itkilərinin 606 nəfər olduğunu açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31