İran: ABŞ hərbi hədələrə son qoymayınca nüvə danışıqları bərpa olunmayacaq – ÖZƏL
10:39 DünyaOlaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi CBS News kanalına müsahibəsində bildirib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqları yalnız ABŞ hərbi hədələrə son qoyduqdan sonra bərpa oluna bilər.
"Danışıqların bərpasına qərar vermək üçün əvvəlcə əmin olmalıyıq ki, Vaşinqton bu danışıqlardan artıq hərbi təcavüz üçün istifadə etməyəcək", - deyə Əraqçi vurğulayıb.
Nazir əlavə edib ki, diplomatiya yolları İran üçün heç vaxt bağlanmayacaq. O həmçinin qeyd edib ki, uranın zənginləşdirilməsi sahəsi elmi əsaslara söykənən və yüksək inkişaf səviyyəsinə çatmış bir sektordur:
"Əgər bu sahəyə zərər dəysə və ya dağıdılsa belə, biz itkiləri tezliklə bərpa edib yenidən irəliləyə bilərik. Zənginləşdirmə texnologiyası və biliyi bombalanma ilə məhv edilə bilməz. Bu proqram ölkəmiz üçün milli qürur və ləyaqət mənbəyidir."
Əraqçi əlavə edib ki, İran xalqı 12 illik müharibədən keçib və bu səbəbdən heç vaxt uranı zənginləşdirmədən imtina etməyəcək:
"Müharibə dövründə öz gücümüzü və özünümüdafiə iradəmizi göstərdik. Hər hansı təcavüz olarsa, bu iradəni yenidən nümayiş etdirəcəyik."