“Cənubi Afrikaya qayıt, İlon” – Trampdan milyarderə tövsiyə
10:05 DünyaABŞ Prezidenti Donald Tramp amerikalı sahibkar, milyarder İlon Maska Cənubi Afrikaya getməyi tövsiyə edib.
Olaylar.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yazıb.
Ağ Ev lideri Maskın vergi qanun layihəsini tənqidi fonunda bunları qeyd edib:
"İlon, yəqin ki, tarixdəki hər kəsdən daha çox subsidiya alır. Bunlar olmasaydı, o, biznesini dayandırıb evinə - Cənubi Afrikaya getməli olacaqdı".
İyunun 29-da D.Tramp "Fox News" telekanalına müsahibəsində aralarındakı münaqişəyə baxmayaraq, iş adamına yaxşı münasibət bəslədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31