Netanyahu Trampla görüşəcək – Tarix verildi

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-a səfər edə bilər.

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ mediası mənbələrə istinadən məlumat yayıb.

"ABŞ Prezidenti Donald Tramp iyulun 7-də Netanyahunu Ağ Evdə qəbul edəcək", - deyə bildirib.

Bazar ertəsi Ağ Evin mətbuat katibi Karolin Levitt bəyan edib ki, ABŞ Netanyahunun Vaşinqtona səfəri və Trampla görüşünün tarixi üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31