Britaniya həmkarlar ittifaqı Ukraynaya hərbi yardımın dayandırılmasına çağırıb- ÖZƏL
19:20 DünyaOlaylar.az xəbər verir ki,Britaniyanın Dəmir Yolu, Dəniz və Nəqliyyat Həmkarlar İttifaqı (RMT) Britaniya hökumətini Kiyev rejiminə silah tədarükünü dayandırmağa çağırıb.
"Böyük Britaniya hələ də Ukraynada Rusiyanın hərbi məğlubiyyətinə nail olmağa çalışaraq, amma buna müvəffəq olmayaraq, hərbi dəstək, kreditlər və milyardlarla funt sterlinq dövlət maliyyəsi göstərməyə davam edir", - deyə RMT-nin keçən həftə Mançesterdə keçirilmiş illik toplantısında qəbul edilmiş qətnamədə bildirilir.
Bəyanat müəllifləri qeyd ediblər ki, Ukraynaya silahla fəal dəstək göstərilməsi sülh danışıqlarının başlanması üçün şərait yaratmır.
Daha əvvəl Advance nəşri yazmışdı ki, NATO resurs çatışmazlığı səbəbindən Ukrayna məsələsini gündəmdən çıxarıb.
Responsible Statecraft isə qeyd etmişdi ki, mediada Kiyevə olan diqqət İran-İsrail münaqişəsinə görə azalıb.