Tramp Suriyaya qarşı sanksiyaların yumşaldılması barədə fərman imzalayacaq- ÖZƏL

Olaylar xəbər verir ki,ABŞ Prezidenti Donald Tramp gün ərzində Suriyaya qarşı tətbiq olunan Amerika sanksiyalarının yumşaldılması ilə bağlı fərman imzalayacaq. Bu barədə Ağ Evdə akkreditə olunmuş CBS telekanalının müxbiri Cenifer Ceykobs məlumat verib.

"O, bu gün Suriyaya qarşı sanksiyaların zəiflədilməsinə dair fərmanı imzalayacaq", - deyə o, X sosial şəbəkəsində yazıb.

4 mayda Tramp müvəqqəti Suriya rəhbəri Əhməd əş-Şaraa ilə Ər-Riyadda danışıqlar aparıb. Bu, son 25 il ərzində bu iki ölkənin rəhbərləri arasında baş tutan ilk görüş olub. ABŞ lideri bəyan edib ki, Vaşinqton Hafiz Əsəd və oğlu Bəşər Əsədin hakimiyyəti dövründə onilliklər ərzində Dəməşqə qarşı tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasına başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31