Türkiyə və Böyük Britaniya Ukraynada atəşkəsin bərqərar olması üçün dəstək verir- ÖZƏL
16:20 DünyaTürkiyə və Böyük Britaniya Rusiya və Ukrayna arasındakı münaqişədə atəşkəsin bərqərar olması istiqamətində səyləri dəstəkləyir. Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada britaniyalı həmkarı Deyvid Lemmiylə görüşdən sonra məlumat verib.
Fidan bildirib ki, Türkiyə və Böyük Britaniya Qəzza, Suriya, İran, İraq və Rusiya-Ukrayna münaqişəsi məsələlərində oxşar mövqelərə malikdirlər. "Hər iki tərəf Rusiya və Ukrayna arasında atəşkəsin təmin olunması səylərini dəstəkləyir," - deyə o vurğulayıb.
Türkiyənin xarici siyasətinin strateji prioritetlərindən birinin İran və İsrail arasında atəşkəs rejiminin qorunması və sülhün möhkəmləndirilməsi olduğunu qeyd edən Fidan, eyni zamanda Qəzzadakı humanitar faciəyə tezliklə son qoyulmasının vacibliyini qeyd edib. O əlavə edib ki, Fələstin məsələsinin həlli yalnız iki dövlət prinsipinə əsaslanmalıdır.
Bu bəyanatlar iki ölkə arasında regional və beynəlxalq münaqişələrin sülh yolu ilə həllinə birgə yanaşmanın davam etdiyini göstərir.