Qətər İranın nüvə proqramı ilə bağlı diplomatik danışıqlarda fəal iştirak edir- ÖZƏL

Qətər İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması məqsədilə aparılan diplomatik proseslərdə fəal şəkildə iştirak edir. Olaylar.az xəbər verir ki,  bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.
Nazirlik nümayəndəsi qeyd edib ki, Qətər regionda sülh və sabitliyin qorunmasına böyük önəm verir və bu çərçivədə İranla bağlı dialoqun davam etdirilməsinin tərəfdarıdır. Doha tərəfi beynəlxalq tərəfdaşlarla birgə diplomatik təşəbbüslərə dəstək verir və müxtəlif tərəflər arasında körpü rolunu oynamağa hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31