Rusiya erməni kilsəsinə hücumlardan narahatdır
15:10 DünyaErmənistandakı hadisələr ölkənin daxili işi olsa da, kilsəyə edilən hücumlar ciddi narahatlıq doğurur.
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Şübhəsiz ki, minillik tarixi olan Erməni Apostol Kilsəsinə hücumlar ciddi narahatlıq doğurur. Kilsə həmişə erməni cəmiyyətinin əsas dayaqlarından biri olub və biz istəmərik ki, bu kilsə heç bir ciddi əsas olmadan hücumlara məruz qalsın. Biz vəziyyətin ən qısa zamanda Ermənistan Konstitusiyasına uyğun, dindarların hüquqlarına tam hörmətlə həll olunmasını istəyirik", - deyə nazir vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31