İran "Starlink"ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir

İran Parlamenti ABŞ-ın SpaceX şirkətinə məxsus Starlink peyk internet xidmətindən istifadəyə rəsmi qadağa tətbiq edib. 

Olaylar.az bu barədə ISNA məlumat yayıb.

Qanuna əsasən, Starlink avadanlığından istifadə edən şəxslər ciddi cəzalara məruz qalacaq. Qadağanı pozanlara həbs cəzası və avadanlığın müsadirəsi nəzərdə tutulub. Həmçinin Starlink xidmətini ölkəyə gətirən və təmin edənlər üçün də həbs müddəti müəyyən edilib.

Ekspertlərin fikrincə, bu addım İran hakimiyyətinin xarici internet resurslarına nəzarəti gücləndirmək və məlumat axınını məhdudlaşdırmaq siyasətinin bir hissəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31