Tramp Xameneiyə mesaj göndərdi – Detallar
12:46 Dünya"ABŞ diplomatik səylərini bərpa etmək istəyirsə, İrana qarşı növbəti zərbələri istisna etməlidir".
Olaylar.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
Onun sözlərinə görə, Donald Trampadministrasiyası vasitəçilərin yardımı ilə Tehrana danışıqlar masası arxasına qayıtmaq istəyini çatdırıb:
"Lakin Vaşinqton sonrakı hücumlarla bağlı vacib məsələ barədə mövqeyini aydınlaşdırmayıb".
İranın nüvə proqramını hər hansı razılaşmanın bir hissəsi kimi nəzərdən keçirə biləcəyi ilə bağlı suala nazir belə cavab verib:
"Biz niyə belə bir təkliflə razılaşmalıyıq? İranın uranın 60 faizədək zənginləşdirilməsi də daxil olmaqla, proqramının dinc məqsədlər daşıdığını bir daha vurğulayıb".
Məcid Taxt-Rəvançi qeyd edib ki, ABŞ İranın ali dini lideri Ayətullah Əli Xameneiyə də mesaj göndərib:
"Onlar bildiriblər ki, İranda rejim dəyişikliyində iştirak etmək istəmirlər. Ola bilər ki, iranlılar hakimiyyətin bəzi hərəkətlərini tənqid edir, lakin söhbət xarici təcavüzə gəldikdə, ona müqavimət göstərmək üçün birləşəcəyik".