Qonşu ölkələr öz ərazilərindən İrana hücuma icazə verilmədiyini elan ediblər – İran XİN
12:13 Dünyaİran qətiyyətlə elan edir ki, aparılan məsləhətləşmələrdə qonşu ölkələr ərazilərindən İran əleyhinə hücumlara icazə verilmədiyini və gələcəkdə də icazə verilməyəcəyi bildiriblər.
Olaylar.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (30 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, istisna olmadan bütün qonşu ölkələr İranı arxayın ediblər ki, heç bir vəchlə öz ərazisindən və ya səmasından İran əleyhinə hücumlar üçün istifadə etməsinə icazə verməyəcəklər.
Bəqai bildirib ki, qonşu ölkələr yaxşı qonşuluq və beynəlxalq hüquq normaları çərçivəsində öz öhdəliklərini tam şəkildə bilirlər. Buna əsasən öz ərazilərini üçüncü ölkəyə hücum etmək üçün başqa ölkələrin ixtiyarına vermirlər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran "Doğru Vəd III" əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.