İran ABŞ-dən növbəti təcavüzün təkrarlanmayacağına dair zəmanət gözləyir- ÖZƏL
12:10 Dünyaİran Birləşmiş Ştatlardan nüvə proqramı ilə bağlı danışıqlar aparıldığı müddətdə ölkəyə qarşı yenidən hərbi təcavüzün baş verməyəcəyinə dair aydın cavab və zəmanət gözləyir. Olaylar.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcidi Taxt-Rəvaniçi BBC-yə verdiyi müsahibədə bildirib.
"Biz hazırda başa düşmək istəyirik: danışıqlar apardığımız bir vaxtda təcavüz aktı yenidən təkrarlanacaqmı?" - deyə o, vurğulayıb.
Diplomat qeyd edib ki, danışıqların uğuru üçün qarşı tərəfin niyyətlərinin tam aydın olması vacibdir. İran tərəfi ABŞ-dən konkret və açıq mövqe gözlədiyini də bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31