Almaniya XİN rəhbəri Kiyevə gözlənilməz səfər etdi: “Ukraynanın müdafiəsini dəstəkləyəcəyik” – ÖZƏL
11:35 DünyaAlmaniyanın xarici işlər naziri Yohann Vadeful iyunun 30-u səhər elan olunmamış səfərlə Ukraynanın paytaxtı Kiyevə gəlib.
Olaylar.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Vadeful bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın təslim olmasını istəyir, lakin Almaniya Ukraynanın uğurla müdafiə olunması üçün bütün səylərini göstərəcək.
"Ukraynada qərar veriləcək ki, Avropa azadlıq və insan ləyaqətinə dəyər verilən yer olaraq qalacaq, yoxsa zorakılıq sərhədləri dəyişən bir qitəyə çevriləcək. Ukraynalılar yalnız öz azadlıqlarını və suverenliklərini deyil, həm də Avropanın təhlükəsizliyini Putinin təcavüzündən qoruyurlar. Buna görə də Ukraynaya dəstəyi davam etdirəcəyik," - deyə alman naziri vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31