İrəvan həmin görüşdən imtina etdi
30 İyun 2025 10:09 DünyaQırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.
Olaylar.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşdə iştirak etmir.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, ötən ilin avqustun sonunda Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın KTMT-nin bütün orqanlarında iştirakını dondurduğunu açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31