Nazir vurma cədvəlini bilmədi

Estoniyanın təhsil naziri Kristina Kallas bir müsahibə zamanı məktəb səviyyəsindəki sadə suala cavab verə bilməyib: "8 vur 4 neçə edir?"

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, nazir suala cavab vermək əvəzinə belə deyib: "Təhsil təkcə riyazi düsturlardan ibarət deyil." Müsahibəni aparan jurnalist isə vurmanın prinsiplərini izah etmək məcburiyyətində qalıb.

Bu vəziyyətdən sonra, bəzi tənqidçilər Estoniya hökumətinin Ukrayna ilə bağlı statistikaları da eyni dərəcədə anlamadığını qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31