NATO ölkələri ABŞ-dan 21 milyardlıq silah alıb

Vaşinqtonun NATO-dakı müttəfiqləri 2024-cü ildə ABŞ-dan təxminən 21 milyard dollarlıq müxtəlif silahlar alıblar.

Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitker Dövlət Departamentinə göndərdiyi məktubda qeyd edib.

"Avropa öz müdafiəsinə sərmayə qoyanda o, həmçinin ABŞ-da iş yerlərinin yaradılmasını birbaşa dəstəkləyir, istehsal bazamızı gücləndirir və NATO-nun kollektiv müdafiəsini gücləndirir", - Uitker bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31