Rusiyada milyonlarla erməni bu hadisələri izləyir – Peskov
14:15 Dünya"Ermənistanda baş verənlər ölkənin daxili işidir, Rusiya qarışmaq istəmir".
Olaylar.az xəbər verir ki, bu fikirləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Peskov Ermənistanda hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlara görə rusiyalı iş adamı, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və Erməni Apostol Kilsəsinin arxiyepiskopu Mikael Ajapaxyana qarşı irəli sürülən ittihamlarla bağlı vəziyyəti şərh edib.
Onun sözlərinə görə, Ermənistan Rusiyaya çox yaxın ölkədir və Rusiya Federasiyasında Rusiya vətəndaşı olan və indiki hadisələrə ağrı ilə baxan bir neçə milyon erməni yaşayır.
"Biz monitorinq edirik, lakin bu, Ermənistanın daxili işidir", - Peskov yekunlaşdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31