Ermənistan elektrik şəbəkəsi Türkiyənin nəzarətinə keçir? – Xudatyan

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyəyə işgüzar səfəri və oradakı görüşləri ilə bağlı sosial şəbəkədə yayılan şayiələrə münasibət bildirib.

Olaylar.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.

Nazir yazıb ki, bəzi "psevdoekspertlər" onun Türkiyəyə səfəri və bu ölkənin energetika naziri ilə keçirdiyi görüşə əsaslanaraq, elmi-fantastik nəticələr çıxarıblar:

"Onların iddiasına görə, guya "Ermənistanın Elektrik Şəbəkələri" türk şirkətinə satılacaq və ya həmin şirkətin idarəçiliyinə keçəcək. "Ermənistanın Elektrik Şəbəkələri" milliləşdiriləcək və Ermənistanvətəndaşlarının mülkiyyətinə veriləcək. Hörmətli "bədbəxt ekspertlər", bu dəfə də sizin təxəyyül məhsulunuz gerçəyə çevrilməyəcək. Öz yerlərinizdə sakit oturun (bu ifadəni Ermənistanın baş naziri Nikol Paşinyan işlədib) və dövlətin dadını hiss etməyə davam edin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31