İran nüvə proqramını bir neçə ay ərzində bərpa edə bilər - Rafael Qrossi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İran nüvə proqramının bəzi komponentlərini qoruyub saxlayıb və bir neçə ay ərzində uranın zənginləşdirilməsini yenidən bərpa etmək potensialına malikdir.

Olaylar.az xəbər verir ki, bu barədə Qrossi "CBS" telekanalına müsahibəsində danışıb.

O qeyd edib ki, ABŞ və İsrailin endirdiyi zərbələrdən sonra İranın nüvə infrastrukturu ciddi zərər görsə də, tamamilə məhv edilməyib:

"Düzünü desəm, 'hər şey yoxa çıxıb, heç nə qalmayıb' demək düzgün olmaz. Aydındır ki, ciddi ziyan dəyib, amma bu, tam zərər deyil. İranın həm sənaye, həm də texnoloji potensialı var. Əgər istəsələr, bu işi yenidən başlaya bilərlər".

Qrossi bildirib ki, İranın nüvə imkanları barədə narahatlıqlar davam edir və bu məsələ beynəlxalq diqqətdə saxlanmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31