Paşinyan: Hansı eşşək bunu iddia edə bilər
16:58 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə növbəti dəfə paylaşım edərək bəzi iddialara sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
"Qarışıq (hibrid) müharibə və sair - hər şey aydındır. Amma kimsə ciddi şəkildə soruşursa ki, biz guya Dilijan Milli Parkında uran tullantıları saxlayırıqmı, deməli bu adam ya eşşəkdir, ya agent, ya da bu saxta xəbərləri yayan robaserjin ailə üzvüdür," - deyə Paşinyan bildirib.
P.S. Burada "Robaserj" ifadəsi Paşinyanın tez-tez istifadə etdiyi birləşmədir və Serj Sarkisyanın (Ermənistanın keçmiş prezidenti) ad və soyadının təhqiramiz və sarkastik formada birləşdirilmiş variantıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31