Yuliya Navalnaya: “Putinin türməyə düşməsini və ərim ölən yerdə ölməsini istəyirəm”
16:57 DünyaYuliya Navalnaya bəyan edib ki, Krım Ukrayna ərazisidir, lakin de-fakto Rusiya tərəfindən işğal olunub və bu, çətin suallar yaradır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Rusiya müxalifətinin həbsxanada vəfat edən lideri Aleksey Navalnının dul xanımı bu sözləri Finlandiyada "Suomi Arena"da çıxışından sonra jurnalistlərin Rusiya ilə bağlı sualları cavablandırarkən deyib. O, Krımla bağlı sualları cavablandıran Yuliya Navalnaya qeyd edib ki, Krım Ukrayna ərazisidir, amma hazırda Rusiyaya məxsusdur və onun fikrincə, bunu dəyişmək çətin olacaq.
"Çünki unutmaq olmaz ki, hazırda müvəqqəti işğal olunmuş Krımda Ukrayna pasportu olan bir çox insan yaşayır və onlar təhlükəsizlik üçün Rusiya pasportları alıblar. Yarımadanın mümkün azad edilməsindən sonra işğalçılarla şüurlu şəkildə əməkdaşlıq etməyən insanlarla bağlı problem olmamalıdır", -Y.Navalnaya deyib.
Y.Navalnaya onu da bildirib ki, o, Vladimir Putinin həbsxanaya düşməsini və əri Aleksey Navalnının həyatının bitdiyi yerdə ölməsini istərdi.
Xatırladaq ki, Yuliya bundan əvvəl noyabrda Lissabonda keçirilən "Web Sammit" konfransında ukraynalılar onun çıxışını pozmağa cəhd etdikdən sonra açıqlama verərək demişdi ki, Putin rejiminə və müharibəyə qarşı mübarizə aparır, ona görə də Rusiya müxalifəti Ukraynada düşmən kimi qəbul edilməməlidir.