Bütün dünyanın gözü İranda: nüvə obyektlərini qazmağa başladılar

ABŞ-nin keçən həftə B-2 bombardmançıları ilə vurduğu İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərində yenidənqurma işlərinə start verilib. Çökmüş tunellər və zədələnmiş sahələrdə iş texnikalarının çalışdığını göstərir.

Milli.Az xəbər verir ki, Pentagon hücum zamanı ilk dəfə GBU-57 tipli sığınacaq deşici bombalardan istifadə edildiyini və əməliyyatın uğurlu keçdiyini açıqlayıb. İsrail isə nüvə obyektlərinin bərpası halında yeni hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekspertlərə görə, İranın əsas məqsədi çökmüş hava boşluqlarını bərpa etmək və ziyanı qiymətləndirməkdir. Rəsmi Vaşinqtondan hələlik yeni açıqlama verilməyib, lakin peyk görüntüləri Tehranın nüvə fəaliyyətlərini sürətlə bərpa etdiyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31