Tramp: “İsrail və HƏMAS arasında atəşkəs gələn həftə mümkündür”

ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının "gələn həftə ərzində əldə oluna biləcəyini" bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

"Düşünürəm ki, bu, artıq yaxındadır. Hesab edirik ki, gələn həftə atəşkəsə nail olacağıq," - deyə Tramp qeyd edib.

Tramp administrasiyası son bir neçə həftədir İsrail və HƏMAS arasında hərbi əməliyyatların dayandırılmasına çalışır, lakin hələlik bu istiqamətdə razılaşma əldə olunmayıb. İsrail və HƏMAS tərəfləri isə hələlik mümkün razılaşma ilə bağlı rəsmi açıqlama verməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31