Zurabişvili etiraz aksiyasına qoşulacağını açıqlayıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvili bəyan edib ki, iyunun 29-u, bazar günü keçirilməsi planlaşdırılan etiraz aksiyasında iştirak edəcək. Onun sözlərinə görə, həmin gün aksiyaya hər kəsin - partiya üzvlərinin, fəalların, valideynlərin, QHT nümayəndələrinin və gündəlik etirazlara qatıla bilməyən sadə vətəndaşların çıxması vacibdir.

"Bu bazar günü bəlkə də hamı tərəfindən ən ağır gün kimi qəbul olunur. Bir həftə ərzində bu qədər çox siyasi məhbusun olması nəinki Gürcüstan, ümumiyyətlə çox az ölkədə baş verib. Amma bu, dayanmaq üçün səbəb deyil, əksinə - baş verənlər bizim gücləndiyimizin göstəricisidir. Platformanın demək olar ki, bütün liderlərinin həbsdə olması, bu birliyin qarşı tərəfi nə qədər narahat etdiyini göstərir. Ona görə də baş verənlərə cavab - daha bir addım irəliyədir. Bu, birliyə doğru addımdır - birləşmək, birlikdə dayanmaq deməkdir. Saat 20:00-da hamılıqla Rustaveli prospektinə çıxmaq imkanıdır bu. O gün hamımız bir yerdə olmalıyıq - partiya üzvləri, fəallar, valideynlər, QHT-lər, gündəlik etirazlara qoşula bilməyən vətəndaşlar. Mən orada olacağam, siz də olun - birlikdə dayanacağıq və onlara Gürcüstanın birliyinin, cəmiyyətinin və müqavimətinin nə qədər güclü olduğunu göstərəcəyik. Bu, ləyaqətli gələcəyimiz üçün yeganə layiqli cavabdır", - deyə Zurabişvili bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31