Türkiyə: Avropa Ukrayna müharibəsinin “dözülməz nəticələrini” dərk etdi və sülh axtarışına başlayır
11:37 DünyaAvropalı siyasətçilər Ukraynada müharibənin davam etməsinin ağır nəticələrini başa düşməyə başlayıblar.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan A-Haber telekanalına açıqlama verib.
"Əksər Avropa ölkələri Qəzza və Ukrayna üzrə atəşkəsə razı deyildilər. İndi isə baş verənlərin dözülməz nəticələrə çatdığını görürlər," - deyə Fidan bildirib.
Nazir əlavə edib ki, Türkiyə Rusiya və Ukrayna arasında üçüncü danışıqlar raundunu qəbul etməyə hazırdır. Onun sözlərinə görə, tərəflər atəşkəs şəraitində kompromis əldə edə bilərlər, lakin bunun üçün bir neçə görüş tələb olunacaq.
Fidan həmçinin qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsini mütəmadi müzakirə edir və bu mövzuda NATO-nun Haaqa sammitində də fikir mübadiləsi aparıblar.
Türkiyə rəhbərliyi tərəfləri danışıqlara qayıtmağa və yeni humanitar fəlakətlərin qarşısını almağa çağırır.