İrandan Trampın Xameneyi ilə bağlı açıqlamasına sərt cavab

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranın ali lideri Ayətullah Əli Xameneyi ilə bağlı təhqiramiz açıqlamalarına Tehrandan sərt reaksiya gəlib. İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, əgər ABŞ İranla razılaşma əldə etmək istəyirsə, Tramp hörmətsiz və qəbuledilməz ritorikadan imtina etməlidir.

"İran xalçaları neçə-neçə saatlıq ağır zəhmət və səbir nəticəsində toxunur. Bu xalqların mürəkkəbliyi və dözümü ilə tanınır. Amma bizim əsas prinsipimiz çox sadədir: biz öz dəyərimizi bilirik, müstəqilliyimizi qoruyuruq və heç vaxt başqasının bizim taleyimizi müəyyən etməsinə icazə vermirik", - deyə Arakçi "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, bundan öncə Tramp bəyan etmişdi ki, guya o, Xameneyini İsrailin aviazərbəsindən xilas edib və gələcəkdə uranın təhlükəli dərəcədə zənginləşdirilməsi ilə bağlı sübutlar olarsa, İrana qarşı yeni zərbələrin istisna olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31