SENSASİYA: Katolikos kilsədəki axtarışlara cavab verdi – “Gələcək addımlarımızı qərarlaşdıracağıq”

Ermənistan Apostol Kilsəsində böhran daha da dərinləşir. Bu gün Başkilsə - Eçmiədzin kompleksində hüquq-mühafizə orqanları tərəfindən aparılan axtarışlar və arxiyepiskop Mikael Acapaxyanın saxlanılması kilsə rəhbərliyinin sərt etirazına səbəb olub.

Musavat.com xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin rəhbəri Katolikos II Qaregin məsələ ilə bağlı ictimaiyyətə açıqlama verərək bildirib ki, kilsə bu hadisəni ədalətsizlik hesab edir və cavab addımları atmağa hazırlaşır:

"Vəlyikə (arxiyepiskop) indi vəkilimizlə birlikdə gedəcək. Biz isə ruhani yığıncağının keçirildiyi iqamətgaha qayıdacağıq. Orada vəziyyəti ətraflı müzakirə edib gələcək addımlarımız barədə qərar verəcəyik. Ədalətin təntənəsi üçün bütün səylərimizi göstərəcəyik," - deyə Katolikos II Qaregin toplaşan inanclılara müraciət edib.

Kilsə nümayəndələrinin sözlərinə görə, xüsusi xidmət orqanlarının Eçmiədzin ərazisində apardığı əməliyyat dini icma üçün görünməmiş hadisədir və böyük narazılıq doğurub.

Katolikosun sözlərinə görə, mövcud vəziyyət həm kilsə daxilində, həm də cəmiyyətlə dövlət orqanları arasında ciddi gərginlik yaradıb. O bildirib ki, məsələni sakit və ədalətli şəkildə həll etmək üçün bütün hüquqi imkanlardan istifadə olunacaq.

Hadisə kilsə həyətində toplaşan yüzlərlə inanclının etiraz aksiyası və xüsusi xidmət orqanlarının əməkdaşları ilə qarşıdurma fonunda baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31