İran ABŞ-ın təkliflərinə biganə qaldı – danışıqlar dayanır

İran Xarici İşlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ-la nüvə proqramına dair danışıqları bərpa etmək planları yoxdur.

"Danışıqların bərpası ilə bağlı heç bir razılaşma və ya anlaşma əldə olunmayıb. Heç bir vəd verilməyib və bu mövzuda heç bir müzakirə aparılmayıb. Amerikanlarla xoş olmayan bir təcrübəmiz oldu - onlar prosesi yarıda qoyaraq danışıqları pozdular. Bu təcrübə, şübhəsiz ki, gələcək qərarlarımızı təsir edəcək. Lakin yekun qərar emosiyalar və ya səthi, müvəqqəti meyillər əsasında deyil, İran xalqının rifahını nəzərə alaraq veriləcək," - deyə Əraqçi İranın dövlət xəbər kanalı IRINN-ə bildirib.

Musavat.com xəbər verir ki, Əraqçi həmçinin qeyri-rəsmi kanallarla danışıqlar aparılması barədə ehtimalları da rədd edib. O vurğulayıb ki, İranın daxili maraqlarının nəzərdən keçirilməsi "rəsmi danışıqlardan tamamilə fərqli bir məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31