ABŞ İrana zərbə üçün 16 il hazırlaşıb - Generaldan AÇIQLAMA

"ABŞ İranın yeraltı nüvə obyektlərini məhv etmək üçün lazım olan silahlara malik deyildi. Bununla əlaqədar olaraq Fordo obyektini sıradan çıxarmaq üçün GBU-57 (Massive Ordnance Penetrator) bombası yaradılıb".

Oxu.Az xəbər verir ki, bunu "The Washington Post" nəşrinə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn bildirib.

O, bəyan edib ki, ABŞ-nin İrandakı gizli nüvə obyektinə hücumu illərlə davam edən planlaşdırmanın kulminasiya nöqtəsi olub.

Keynin sözlərinə görə, Pentaqonun iki analitikindən ibarət komanda 2009-cu ildən İranın Fordo obyekti ilə bağlı ərazinin geologiyası və istehkamların planını öyrənib. Onlar belə qənaətə gəliblər ki, ABŞ-nin belə obyekti vura biləcək silahları yoxdur. Məhz bundan sonra 13 tonluq bombanın hazırlanmasına başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31