Xamenei: "İran ABŞ üzərində qələbə qazandı"- ÖZƏL

İran İslam Respublikasının Ali Dini Lideri Ayətullah Əli Xamenei ABŞ-lə qarşıdurmada ölkəsinin qalib gəldiyini bəyan edib.

Olaylar.az xəbər verir ki,  o, bu barədə xalqa müraciətində danışıb.

"İkinci təbrikimi əziz İranımızın Amerika rejimi üzərində qələbəsinə həsr edirəm. Amerika rejimi bu müharibəyə birbaşa müdaxilə etdi. Çünki əgər müdaxilə etməsəydi, sionist rejim (İsrail nəzərdə tutulur ) tamamilə məhv ediləcəkdi", - deyə Xamenei bildirib. Onun sözlərini Ayətullahın mətbuat xidməti yayıb.Ali Lider ABŞ-nin İranla qarşıdurmada heç bir məqsədinə nail olmadığını da vurğulayıb.

"O, bu müharibədə heç nəyə nail ola bilmədi", - deyə Xamenei qeyd edib və bir daha ABŞ-i "Amerika rejimi" kimi xarakterizə edib.
Xameneinin sözlərinə görə, ABŞ rəsmiləri İsrailin Tehrana qarşı münaqişəni davam etdirdiyi təqdirdə məhv olacağını anlayaraq müharibəyə başlamağa qərar veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31